Rəşad Nəbiyev bu mövzuda söz deyə biləcək sonuncu məmur olmalıdır - EKSPERT

  • By admin
  • 12 İyun 2023 23:35

Taksi qiymətlərinin ucuz olmasından narahat qalan, qiymətlərin bahalaşacağını parlamentdə şad xəbər kimi təqdim edən nazir Rəşad Nəbiyev bu mövzuda söz deyə biləcək sonuncu məmur olmalıdır”.

 

HTML tutorial

Bunu Gununsesi.info-ya açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazidi Rəşad Nəbiyevin taksi xidmətinin qiymətinin bahalaşacağına dair  bəyanatını şərh edən iqtisadçı Qubad İbadoğlu deyib.

İbadoğlunun sözlərinə görə, “Baki Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti  Rəşad Nəbiyevin rəhbərlik etdiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir:” Tənzimləyici funksiya daşımaqla yanaşı kommersiya fəaliyyəti də göstərən sahə nazirinin belə açıqlaması maraqların toqquşmasıdır. Odur ki, ilk növbədə bu konflikt aradan qaldırılmalı, sonra nazirin bu barədə söz hüququ tanınmalıdır. Görsənən odur ki, Azərbaycanda dövlət rəqabəti deyil, inhisarı dəstəkləyir”.

Afət

Gununsesi.info