
“Bakı İnzibati Məhkəməsinin Vahid Məhkəmə Portalında yerləşdirilən müvafiq telefon nömrəsinə hər hansı bir məlumatın (icraatda olan işlər, yekunlaşmış işlər və s.) əldə edilməsi üçün dəfələrlə zəng edilib cavab verilməməsi vəkillər üçün yenilik deyil”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Yusif Allahverdiyev deyib. Onun sözlərinə görə, işlərin ekspertizaya göndərilib göndərilməməsi, qüvvəyə minmiş qərarların icra olunub olunmaması və digər məsələlərlə bağlı vəkil köməkçilərinin məlumat əldə etməsi yeni qaydalara uyğun olaraq qadağan edilmişdir:
“Məhkəmədə işlərin hansı qaydada baxılması, süründürməçilik hallarının və digər nöqsanların olmasını məhkəmənin dəhlizlərində görmək olur. Bütün bu hallar vəkillərin və vətəndaşların haqlı narazılığına səbəb olur. Ölkədə aparılan məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq haqlı narazılığa səbəb olan müraciətlər üzrə sözügedən məhkəmədə müvafiq tədbirlərin görülməsinə ümid edirik”.
Şəbnəm
Gununsesi.info