d

Məzahir Pənahov da qanunsuzluğun səbəbini izah edə bilmir - ÖZƏL

  • By admin
  • 25 İyun 2023 13:11

XI Çağırış Milli Məclisin səlahiyyət müddətinin bitməsinə artıq zaman qalır.

Amma buna baxmayaraq, ötən illər ərzində boş qalmış deputat yerlərinə seçki keçirilməyib.

HTML tutorial

Xatırladaq ki, seçkilərdən sonra 4 dairənin – 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə) nəticələri ləğv edib.

Həmçinin Milli Məclisə seçkilərdən təxminən 6 ay sonra, 2020-ci ilin avqustunda 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov dünyasını dəyişib.

2021-ci ilin avqustunda isə 55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilən Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2- ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə həbs olunub.

2022 – ci ilin martında deputat Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Bununla da Milli Məclisdə 7 deputat yeri boş qalıb.

Gununsesi.info-nun əməkdaşı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Ancaq MSK sədrinin verməyə cavabı olmadığından mətbuat katibliyinə müraciət etməyimizi tövsiyyə edib.

 

Elmar

Gununsesi.info