d

BQXK-nın maşınları “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana hərəkət ediblər - VİDEO/YENİLƏNDİ

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağın tibbi ehtiyacları olan 15 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.

Ermənistan KİV xəbər verir ki, eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş 16 nəfər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.

HTML tutorial

Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.

BQXK-nın 15 sakini Ermənistana aparmasının görüntülərini təqdim edirik:

11:48

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nın yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.

Gununsesi.info