Türkiyə Ukraynaya humanitar yardım göndərir

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

Gununsesi.info “TRT Haber”ə istinadla istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

O deyib ki, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Nazir Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib.

Həmçinin Ukraynada daha çox insan itkisinin qarşısını almaq və bu ölkədə sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün dərhal atəşkəsə ehtiyac olduğu vurğulanıb.

Gununsesi.info