
Qərbi Azərbaycan vilayəti işsizlik və səfalət baxımından ən pis vəziyyətdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Həmşəhri” qəzeti İran Statistika Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə ən aşağı səfalət göstəricisi Tehranda (43,6%), ən yüksək göstərici isə Qərbi Azərbaycan vilayətində (62,2%) qeydə alınıb.
Habelə Qərbi Azərbaycan vilayəti işsizlik səviyyəsinə görə də (18,3 faiz) ön sırada qərarlaşıb.
Səfalət indeksi son 10 illə müqayisədə 2021-ci ildə rekord həddə çatıb.
Gununsesi.info