“O anda özümə ölüm arzuladım” – Rus əsgərinin təcavüz etdiyi 83 yaşlı qadın...

  • By admin
  • 16 Aprel 2022 22:38
Rusiyanın işğalı altında olan Ukraynada yaşayan 83 yaşlı qadın kəndinin rus əsgərləri tərəfindən yandırıldığını və özünün zorlandığını deyib.
Gununsesi.info  xəbər verir ki, yaşlı qadın başına gələnləri belə nəql edib:
“Rus əsgəri boğazımdan tutdu və boğulmağa başladım, nəfəs almaqda çətinlik çəkdim. Məni zorladı. Ona dedim ki, mən sənin anan yaşındayam. Bunun anana edilməsinə icazə verərsənmi? O anda özümə ancaq ölüm arzuladım.
 Rusiya-Ukrayna müharibəsinin 52-ci gününə girərkən rus əsgərlərinin işğalı altında olan ölkədə müxtəlif insan faciələri yaşanmaqda davam edir. 83 yaşlı Vera adlı ukraynalı qadının rus əsgəri tərəfindən başına açılan oyunları mətbuata danışması gündəm olub.
Vera deyib ki, həmin vaxt ərim də evdə olub. “Yaralarımızın sağalması üçün daha çox zamana ehtiyacımız var”-deyə qadın bildirib.
Gununsesi.info