Messi ilə şəkil çəkdirmək üçün meydana girdi - Foto

  • By Mina
  • 07 Aprel 2024 16:17

S-in 8-ci turu çərçivəsində keçirilən “İnter Mayami” – “Kolorado Rapids” matçında (2:2) maraqlı hadisə yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xanım azarkeş ulduz oyunçu Lionel Messi ilə şəkil çəkdirmək üçün meydana qaçıb.

Bu zaman gənc qız Messi ilə şəkil çəkdirməyi bacarıb.

Ulduz oyunçu xanım azarkeşin istəyinə imtina etməyərək onunla foto çekdirib.

Xatırladaq ki, Messi keçən yay azad agent kimi “İnter Mayami”yə keçib.

Ulduz oyunçu iştirak etdiyi bütün turnirlərdə 20 matçda iştirak edib, 17 qol vurub və 7 qolun ötürməsini verib.

Gununsesi.info