Nicat Abasovun bu gün Fransa şahmatçısı ilə görüşü olacaq

  • By ilhame
  • 07 Aprel 2024 09:58

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

 

Gununsesi.info-nun məlumatına görə, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

 

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk üç turda hər iki qrossmeyster 1 xal toplayıb.

 

Bu gün həmçinin Hikaru Nakamura (ABŞ) – Rameşbabu Praqnanandha (Hindistan), Yan Nepomnyaşi (FIDE) – Santoş Vidit (Hindistan) və Fabiano Karuana (ABŞ) – Dommaracu Qukeş (Hindistan) görüşləri baş tutacaq.

 

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Gununsesi.info