
Mərakeş millisi dünya çempionatları tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub.
Gununsesi.info xəbər verir ki, yığma buna Qətərdə keçirilən mundialda yiyələnib.
Mərakeş DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib.
Afrikalılar növbəti raundda Fransa – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.
Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak etsə də, mərhələ adlaya bilməyib.
Gununsesi.info