1/4 final mərhələsinin daha iki iştirakçısı bəlli olur

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gələcək.

“Al Tumama” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Xesus Valensuela idarə edəcək.

Bu cütün qalibi 1/4 finalda İngiltərə – Seneqal oyununun güclüsünə rəqib olacaq. “Əl Bayt” stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb.

DÇ-2022, 1/8 final

4 dekabr

19:00. Fransa – Polşa

23:00. İngiltərə – Seneqal

Qeyd edək ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

Gununsesi.info