
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Qətərdə keçirilən dünya çempionatında növbəti dəfə ağlayıb.
Gununsesi.info xəbər verir ki, o, Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra göz yaşlarını saxlaya bilməyib.
Bu, 37 yaşlı hücumçunun karyerasında sayca 5-ci mundialı olub.
Qeyd edək ki, Mərakeş 1:0 hesabı ilə Portuqaliyaya qalib gələrək yarımfinala adlayıb.


Gununsesi.info