Ağdaşda inzibati binada və kitabxanada yanğın baş verib

Ağdaş şəhərində ümumi sahəsi 1500 m² (hər mərtəbəsi 500 m²) olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində sahəsi 10 m² olan texniki otağın yanar konstruksiyaları yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

HTML tutorial

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdaş şəhərində ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən ibarət ikimərtəbəli binanın isə 1-ci mərtəbəsində sahəsi 35 m² olan kitabxananın taxtadan ibarət üzlüyü 2 m² sahədə və qismən 1 m² sahədə kitablar yanıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info