Bakıda süd məhsulları şirkətində YANĞIN

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları” MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində 1 ədəd transformator, 1 ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

HTML tutorial

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info