Ukraynaya 18 milyard avro ayrılmasına razılıq verildi

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

HTML tutorial

Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib.

Kreditin 10 illik güzəşt müddəti olacaq.

Gununsesi.info