Taliban Əfqanıstanda musiqi alətlərini yandırdı

Dünən Əfqanıstanın Herat şəhərində musiqi alətləri yandırılıb.

Gununsesi.info xəbər verir ki, Herat şəhərində yandırılan musiqi alətləri Talibanın əxlaq polisi tərəfindən törədilib.

Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Komitəsinin sədr müavini Şeyx Əziz ər-Rəhman əl-Muhacir musiqiyə qulaq asmağın qadağan olduğunu və buna görə də musiqi alətlərinin yandırdığını bildirib.

Komitə rəsmisi musiqinin “gəncləri çaşdırmağa və cəmiyyəti məhv etməyə” səbəb olduğunu deyib.

Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra musiqi yayımlarına qadağa qoyub.

Son zamanlar isə şadlıq saraylarının sahiblərinə musiqidən uzaq durmaq barədə ciddi xəbərdarlıq edilib.

Eyni zamanda toy və buna bənzər şadlıq mərasimləri kimi İslam qaydalarını poza biləcək tədbirlər də əxlaq polisi tərəfindən qadağan edilib.

Qeyd edək ki, bir çox əfqanlı rəssam və musiqiçilər ölkəni tərk edərək Qərb ölkələrinə sığınırlar.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info