Litvadan Ukrayna üçün yeni hərbi yardım paketi

Litva Ukrayna üçün yeni hərbi yardım paketi açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Twitter” səhifəsində məlumat yayıb.

HTML tutorial

Yeni hərbi paketinə iki Mi-8 helikopteri və L-70 zenit silahı daxil olacaq. Yardımın ümumi dəyəri 125 milyon dollardır.

“Bu gün Litvadan Ukrayna üçün xoş xəbərim var. Litvanın Ukraynaya yeni hərbi yardım paketi onlarla L-70 zenit silahı, sursat və iki Mi-8 helikopterindən ibarətdir”, – nazir yazıb.

Gununsesi.info