Ermənistanda hərbi hissə yandı: 15 ölü, 3 yaralı

Ermənistanda hərbi hissələrdən birində güclü yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

HTML tutorial

Rəsmi açıqlamada bildirilib ki, hərbi hissənin mühəndis bölüyünün kazarmasında baş vermiş yanğın zamanı 15 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info