
“Vaxtı ilə velosipedin DƏBDƏBƏ sayıldığı Çin hazırda dünya avtomobil sənayesini ələ keçirir…
1984-cü ilə qədər Çin xarici avtomobilləri yalnız SSRİ-dən idxal edirmiş… Sovetdən sonra onun bazarına ilk daxil olan maşın Toyota Crown olub…
İqtisadiyyatın müxtəlif sahələri üzrə 2022-ci ilin yekunları açılır. Çin ilk dəfə avtomobil ixracına görə Almaniyanı geridə qoyaraq dünyanın İKİNCİ ölkəsi adını qazanıb”.
Gununsesi.info-nun xəbərinə görə, bunu iqtisadçı ekspert İlham Şaban bildirib.

O, dünyanın TOP-3 avtoexport ölkələrinin adını təqdim edərək, daha sonra yazır:
1.Yaponiya – 3,5 mln, 8% azalma
2. Çin – 3,11 mln, 54% artım
3. Almaniya – 2,61 mln, 10% artım
Çin 2013-cü ildə 20 mln ədəddən artıq avtomobil istehsal edən dünyanın ilk ölkəsi olub və bu günə qədər də liderliyini saxlayır.
Çində bir ildə ABŞ və Yaponiyanın birgə sayından çox avtomobil istehsal edilir.
2022-ci ildə Çində istehsal edilən avtomobillərin sayı Avropa İttifaqının 27 ölkəsindən çox olub.
Hazırda Çin yük avtomobillərinin, xüsusi texnikanın və elektrik avtomobillərinin istehsalına görə dünya lideridir.
Bundan əlavə dünyadakı elektrik avtobuslarının istehsalı və istehıakına görə də Çin dünya birincisidir.
Dünyadakı elektrik avtomobillərinin 60%-dən çoxu artıq Çində istehsal edilir.
Və 2022-ci ilin sensasiyası: Çinin BYD (Build Your Dreams, tərcüməsi: öz xəyallarını qur), konserni elektrik avtomobillərinin istehsalına görə Teslanı məğlub edərək 3 iyul tarixindən dünya liderliyinə sahib olub…
2022-ci ilin fevralından BYD-nın istehsal konveyerlərindən daxili yanma mühərrikli maşınlar tam yığışdırılıb və ancaq EV və Hybrid tipli avtomobillər istehsal edilir.
Ötən il BYD istehsal həcmini 165%, ABŞ-ın Tesla şirkəti isə 55,8% artırıb.
BYD-nın bazar dəyəri bu gün $105 mlrd idi…
Proqnozlar isə belədir: 2030-cu ildə Çin dünya bazarına 5,5 mln avtomobil ixrac etməklə absolyut liderə çevriləcək və eyni zamanda elektrik avtomobillərinin ixracına görə də (2,5 mln ədəd) dünya avtomobil sənayesinin flaqmanına çevriləcək.
Afət Abbasova