Türk “Kim Yonq”: Türkiyə bu insanı danışır – Dünyanın hər tərəfindən heyranları onu görməyə gəlirlər

  • By arzu
  • 19 Yanvar 2023 22:37

Türkiyənin Antaliya şəhərində yaşayan Cihat Tunç görənləri çaşqınlığa uğradır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Koreya lideri Kim Yonqa bənzəyən Tunç dünyanın digər ölkələrindən təkliflər aldığını söyləyir.

HTML tutorial

 

Çevrəsində onu görənlərin çoxlu sayda fotolar çəkdirdiyini və bunun üçün ayrı-ayrı ölkələrdən çoxlu sayda heyranlarının onu görmək üçün gəldiklərini vurğulayır.

 


Tunç bildirir ki, başqa ölkələrdən gələn təkliflərlə bağlı gedəcəyi ölkə olsa, bu, Şimali Koreya ola bilər.

Öz yaşadığı ölkəni sevdiyini açıqlayan türk “Kim Yonq” 35 yaşındadır və küftəçidir.

 

Koreya liderliyinə bənzərliyi ilə ətrafındakı adamların diqqətini çəkən Cihat özünə Kim Yonqun paltarına bənzər özəl geyim tikdirdiyini deyir.

Tunc vurğulayır ki, qarşılarında Kim Yonqa bənzər birisini görən insanlar onu təbəssümlə qarşılayırlar.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info