İranda erməni keşişdən Xameneyiyə DƏSTƏK

Fransanın “Charlie Hebdo” nəşrinin İran rəhbəri Əli Xameneyinin karikaturasını yayması mollalarla yanaşı iranlı erməni din xadimini də özündən çıxarıb.

Gununsesi.info “Azad İran”a istinadla xəbər verir ki, Azərbaycan ermənilərinin xəlifəsi və Azərbaycan Erməniləri Xilafət Şurasının arxiyepiskopu Qriqor Çiftçiyan bəyanat yayaraq Əli Xameneyiyə dəstəyini ifadə edib.

HTML tutorial

“Bu addım ermənilərin də ürəyini yaralayıb”, – deyə Fransa nəşrinin Xameneyini təhqir etməsini pisləyən Qriqor Çiftçiyan bildirib.

Qeyd edək ki, “Charlie Hebdo” jurnalı son sayında İran liderinin İranda ümumi etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc edib.

Karikaturalar arasında bir neçə iranlı karikaturaçı rəssamın da əsəri var.

Gununsesi.info