
Ukrayna prezidenti Vladimir Zelenski dünən paytaxt Kiyevdə Ukraynanın daxili işlər naziri və müavini də daxil olmaqla 14 nəfərin həlak olduğu helikopter qəzasından sonra Davos Sammitində çıxış edib.
Gununsesi.info-nun xəbərinə görə, İsveçrənin Davos şəhərində keçirilən 53-cü Dünya İqtisadi Forumuna (WEF) videokonfrans vasitəsilə qoşulan Zelenski qəzanın “müharibənin nəticəsi” olduğunu deyib: “Müharibə zamanı qəza deyilən bir şey yoxdur”.
Bununla belə Ukraynanın təhlükəsizlik xidməti təxribat ehtimalını, eləcə də texniki nasazlıq və ya uçuşun pozulması kimi mümkün səbəbləri araşdırır.
Tərcümə:
Gununsesi.info