
Yunanıstanın Baş anziri Kriakos Miçotakis ölkəsi ilə Türkiyə arasındaki siyasi gərginlik haqqında danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yunan siyasətçi son dönəmlərdə gərginlik artsa belə, rəsmi Ankara ilə dialoq masasına əyləşə biləcəklərini söyləyib.
“Türkiyə ilə savaş etməyəcəyik. Son 3 ildə bununla bağlı gədginliklər yaşadıq. Aralıq və Mərmərə dənizində sahələrin məhdudlaşdırılması kimi təməl fərqliliklərimizi həll etməliyik. İtaliya və Misirlə bunu bacardıq. Albaniya ilə Dünya Məhkəməsinə baş vuraraq bunu edəcəyik”, – deyə o vurğulayıb.
Dünya İqtisadi Forumu çərçivəsində Davosda olan yunan siyasətçi Ankara-Aafina münasibətləri haqqında danışarkən bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı siyasi ittiham edib.
Miçotakis Ərdoğanı “qızışdırıcı” dil üslubunda və “xarici siyasəti daxili siyasətə material etməkdə” günahlandırıb.
Tərcümə: Arzu Sayadoğlu