
Filippində təxminən 2 həftədir təsirli olan güclü yağış torpaq sürüşməsinə səbəb olub.
Gununsesi.info xəbər verir ki, bir mədən şirkətinin işçiləri xidməti avtobusu gözləyərkən baş verən sürüşmə nəticəsində 3-ü ağır olmaqla 45 nəfər yaralanıb. 41 nəfərdən xəbər yoxdur. Bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
Sürüşmə bölgəsində ən az 3 avtobus və bəzi strukturların torpaq altında qaldığı məlum olub. Filippin ordusunun həyata keçirdiyi axtarış-xilasetmə işlərinə hökumət qrupları və özəl xilasetmə qruplarının da dəstək verdiyi açıqlanıb.
Günlərlə davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ən azı 17 nəfər həyatını itirib.
Bildirilib ki, rayonun təbii fəlakət baş verdiyi kəndlərdə yaşayan 10 min 100 nəfər sel və torpaq sürüşməsi səbəbindən evlərindən təxliyə edilib. Bəzi bələdiyyələrdə təxminən 5 min insanın təxliyə mərkəzlərinə sığındığı qeyd edilib.
Gununsesi.info