
HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaş İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizəd olmayacağını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Dəmirtaş günlərdir müzakirə olunan namizədliyi ilə bağlı yazılı açıqlama verib.
Başak Dəmirtaş DEM partiyanın bir qrup üzvü ilə bir araya gələrək, qərarını bildirdiyini deyib. Onun bu qərarından sonra DEM partiya İstanbulda bələdiyyə seçkilərinə öz namizdələri ilə gedəcəklərini açıqlayıb.
“Partiyamızın yaxın günlərdə açıqlayacağı namizəd hamımızın namizədi olacaq və biz bütün gücümüzlə bu dəyərli dostların arxasında dayanıb, partiyamızın uğurları üçün çalışacağıq”, – deyə Dəmirtaş açıqlamasında qeyd edib.
Gununsesi.info