Kolumbiyada helikopter qəzası: 5 əsgər öldü

Kolumbiyanın qərbindəki Choco departamentində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 əsgər həlak olub, 3 əsgər yaralanıb.

Gununsesi.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, təyyarə Unguia bələdiyyəsində qəzaya uğrayıb.

Hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

Kolumbiya ordusu həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və helikopter qəzası ilə bağlı təhqiqata başlanıldığını açıqlayıb.

Gununsesi.info