
Türkiyədə ötən ilin fevralın 6-da baş verən zəlzələnin ən çox dağıntıya səbəb olduğu Hatayda bir çox məhəllələr boş əraziyə çevrilib.
Gununsesi.info xəbər verir ki, 6 min insanın yaşadığı Elektrik məhəlləsində zəlzələdən əvvəl 900 bina olduğu halda, indi cəmi 7 bina qalıb.
1068 insanın həyatını itirdiyi məhəllədən bir il ərzində köç edənlərin sayı kifayət qədər çoxdur və məhəllədə cəmi 3 nəfər yaşayır.
Gununsesi.info