Pakistanda gərgin seçki: Deputatlığa namizədin ofisinə bombalı hücum edildi – Çoxlu sayda ölü və yaralı

Pakistanın Bəlucistan əyalətində sabah keçiriləcək parlament seçkilərində müstəqil namizədi Əsfəndiyar Xan Kakarın ofisinə edilən bombalı hücumda 12 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Gununsesi.info-nun məlumatına görə, “Geo News” televiziyasında yer alan xəbərə görə, bombalı hücum Bəlucistanın Pişin bölgəsində namizədin ofisi qarşısında təşkil edilib. Hücum zamanı Əsfəndiyar Xan Kakarın ofisində olmadığı bildirilir.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Pakistanda sabah keçiriləcək ümumi və əyalət seçkiləri öncəsi Xeyber-Paxtunxva və Bəlucistan əyalətlərində terror hadisələri artmaqdadır.

Yanvarın 31-də Xayber-Paxtunxva əyalətinin Bacaur bölgəsində keçmiş baş nazir İmran Xanın partiyası, Pakistan Ədalət Hərəkatı (PTI) ilə əlaqəli müstəqil parlament namizədi Rehan Zeb Xana silahlı hücum edilib. Hücum nəticəsində Rehan Zeb Han həyatını itirib, 3 nəfər yaralanıb.

Bəlucistan əyalətinin Çaman bölgəsində Milli Xalq Partiyasının (ANP) üzvü olan bir siyasətçi Seçki Komissiyasının ofisinə silahlı basqın nəticəsində həyatını itirib.

Gununsesi.info