
Ukraynanın Ali Radası səfərbərlik barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.
Gununsesi.info xəbər verir ki, deputatların 243-ü qanun layihəsinin lehinə, 12-si əleyhinə səs verib, 45 nəfər isə bitərəf qalıb.
Qanun elektron çağırış vərəqələrinin tətbiq edilməsini, xidmətdən yayınan şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən onların bank hesablarının dondurulması imkanlarını nəzərdə tutur.
Layihə ölkənin müdafiə naziri Rüstəm Umerov tərəfindən təqdim edilib.
Gununsesi.info