
İsrailin aylardır həyata keçirdiyi Qəzzaya hücumlarında atəşkəs əldə edilib.
Gununsesi.info xəbər verir ki, yerli mətbuatın məlumatına görə, İsrailin baş naziri Netanyahu Qəzzada atəşkəs rejimini müharibə kabineti ilə məsləhətləşmədən təsdiqləyib.
Həmas da İsrailin atəşkəs təklifini qəbul edib. Atəşkəsin 3 mərhələdən ibarət olacağı öyrənilib.
Atəşkəslə bağlı Fələstin mənbələri tərəfindən HƏMAS-ın İsrailin atəşkəs təklifini qəbul etdiyi təsdiqlənib. Buna uyğun olaraq, İsrailin HƏMAS-ın 7 oktyabrda 20 mindən çox fələstinlinin həyatına son qoyan hücumuna cavab vermək bəhanəsi ilə başlatdığı bombardmanlarda hər biri 45 gün davam edən 3 mərhələli atəşkəs mərhələsinə başlanılacaq.
Müharibə kabineti ilə məsləhətləşmədən Netanyahu tərəfindən təsdiqlənən və HƏMAS tərəfindən qəbul edilən atəşkəs üç mərhələdən ibarət bir proseslə həyata keçiriləcək. Əsir mübadiləsini də əhatə edəcək atəşkəsin hər mərhələsi 45 gün davam edəcək.
Gununsesi.info