Lai Çinq-te Tayvanın prezidenti kimi fəaliyyətə başladı

Lai Çinq-te bu gün Taybeydə keçirilən mərasimdə Tayvanın beşinci prezidenti kimi and içib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Demokratik Tərəqqi Partiyasının (DPP) üzvü olan 64 yaşlı Lai onun müavini, Tayvanın ABŞ-dakı keçmiş diplomatik nümayəndəsi Hsiao Bi-him dəstəkləyəcək.

Mərasimdə 500-dən çox xarici dövlət rəsmisi və keçmiş prezident Tsay İnq-ven də iştirak edib.

Lai and içdikdən qısa müddət sonra rəsmi təyinatını təsdiq edən sənəd imzalayıb.

And içmə mərasimindən sonra o, çıxışında demokratiya bayrağı altında beynəlxalq əməkdaşlığı gücləndirmək, sənaye sektorunda innovasiya və davamlı inkişaf üçün yeni təkan və statusu qorumaq əzmini ehtiva edən yeni administrasiyasının məqsədlərini açıqlayıb.

 

 

Gununsesi.info