
Dünən Trampın vitse-prezidentliyə namizədi Vens Virciniyada çıxış edib. Çıxış o qədər bərbad idi ki, arxada oturan və əvvəlcədən seçilən dəstəkçi kütlə dözmədi və Vensin sözlərini təhqiredici gülüşlə qarşıladı. Bu nonsensdir və biabırçılığın pik həddidir.
Sonra.
Sizcə Vens kimin adamıdır və vitse-prezidentliyə namizəd postuna lobbiçiliyini kim edirdi? İlon Maskva, sorry, İlon Mask.
Və əgər əvvəl Mask deyirdi ki, heç bir siyasi partiyaya maddi dəstək göstərməyəcək, Vensin vitse-prezidentliyə namizədliyinin təsdiqlənməsinsən sonra bəyan etmişdi ki, hər ay resp-lərə 45 milyon dollar ayıracaq.
İndi isə hər kəs görür ki, Vens 0-dır. Xarizma 0, yumor hissi 0, təcrübə 0. Elə Maskın siyasi anlayışı kimi. Dünən isə Vens tamamilə idiot kimi görsənirdi.
İndi isə sizə etibarlılığı 100% olan insayd verəcəm. Əmin olun ki yaxın günlərdə bu məlumat ABŞ mətbuatında təsdiqini tapacaq.
Vensin bərbad çıxışından sonra Tramp öz çevrəsində deyib ki, səhv seçim edib və bundan çox heyifslənir. Vensi isə artıq dəyişmək mümkün deyil, onun namizədliyi qurultay tərəfindən təsdiqlənib.
İş davam edir.
Harris düz deyib:”Biz birlikdə bunu edəcəyik(qələbə qazanacağıq)”.
Kamran Cəfərov
Gununsesi.info