Krım körpüsünə hücum cavabsız qalmayacaq - Zaxarova

Ukrayna silahlı qüvvələrinin Krım körpüsünə hücumları cavabsız qalmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz bu terror aktlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir, ona hücumlar qəbuledilməzdir. Ötən ilin payızından bu cür hücumlara məruz qalıb”, – o deyib.

Qeyd edək ki, bu gün, avqustun 12-nə keçən gecə körpüyə 20 pilotsuz uçuş aparatı ilə hücum edilib.

Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi körpünün üzərindən S-200 raketinin vurulması barədə məlumat yayıb.

Gununsesi.info