Koronavirusun bioloji silah olub-olmadığı araşdırılır

Koronavirusun bioloji silah olub-olmadığı araşdırılır

“Koronavirusun bioloji silah olub olmadığı barədə qərar vermək üçün tədqiqatlar davam etdirilir”.

Gununsesi.org xəbər verir ki, belə bir açıqlama ilə İran ordusunun səhiyyə idarəsinin rəisi Həsən Əraqzadə açıqlama verib. O, bütün ölkələrin bu məsələnin arxasında bioloji müharibə ehtimalı dayanıb dayanmadığını öyrənməyə çalışdığını deyib.

“İrandakı tədqiqat mərkəzlərimiz də bu məsələdə araşdırmalarını davam etdirir. Lakin konkret bir qərar üçün daha çox vaxt və səy göstərilməlidir”, – deyə Əraqzadə bildirib.

Qeyd edək ki, başda İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami olmaqla bir çox səlahiyyətli mart ayının əvvəllərindən bu yana Kovid-19 epidemiyasının ABŞ-ın bioloji hücumu ola biləcəyinə dair şübhələri olduğunu dilə gətirib.

Gununsesi.org

COMMENTS