Dünyada koronavirusdan sağalanların sayı 202 min 826-ya çatıb.
Gununsesi.org xəbər verir ki, bununla belə, ümumi yoluxma hallarının sayı da əvvəlki günlərdə olduğu kimi, artaraq 959 min 656 nəfərə bərabər olub.
İndiyə qədər COVID-19 pandemiyası bütün dünyada 49 min 115 nəfərin həyatına son qoyub.
Çindən bütün dünyaya yayılan koronavirusa ən çox yoluxma isə ABŞ, İtaliya və İspaniyada qeydə alınıb.
COMMENTS