Məlum olduğu kimi bu günlərdə Ədliyyə NAzirliyi iki siyasi partiyanı dövlət qeydiyyatına alıb.
Gununsesi.org–un xəbərinə görə, Yeni Zaman və Azad Demokratlar adlanan siyasi partiyalarla bağlı cəmiyyət məlumatsız olduğundan bu təşkilatların liderlərinin kim olması da sual doğurmuşdu.
Məlum oldu ki, Yeni Zaman Partiyası Musa Ağayev adlı şəxsə məxsusdur.
Bu partiyanın bir neçə il əvvəl Ayaz Mütəllobovun təşəbbüsü ilə yaradıldığı bildirilisə də sonrada eks-prezidentin hakimiyyətlə anlaşması və ölkəyə qayıdaraq, sakit həyat tərzi keçirməsi təşkilatı unutdurdu.
Gununsesi.org Ədliyyə Nazirliyində qeydiyyata alınan Azad Demokratlar Partiyasının da liderini müəyyən edib.
Məlum olub ki, bu, Müsavat Partiyasının sabiq funksionerlərindən biri olan Sülhəddin Əkbərdir.
Gununsesi.org-a açıqlamasında Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının qeydiyyatı üçün 2014-cü ildən Ədliyyə Nazirliyinə müraciət edildiyini deyib.
“Partiyanızda məçurlardan kimlər var” sualına isə Sülhəddin Əkbər belə cavab verib: “Biz ulduzlar partiyası qurmuruq. Partiyamız orta təbəqinin mənefyinə xidmət edəcək”.
Azad Demokratların siyasi kursuna gəlincə, Sülhəddin Əkbər bildirib ki, partiya müxalifət mövqeyində olacaq.
Elmar
Gununsesi.org
COMMENTS