Gürcüstanda koronavirusa yoluxanların sayı 385-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 385-ə çatdı

Gürcüstanda daha 15 nəfərə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org worldometers.info-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 385 nəfərə çatıb. Onların 84-ü sağalaraq evə buraxılıb, 3-ü isə ölüb.
Karantində 5 053, stasionar nəzarətdə isə 527 nəfər var.

Gununsesi.org 

COMMENTS