Koronavirusa yoluxanların sayı açıqlandı -FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

HTML tutorial

Azərbaycanda indiyədək ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 466 nəfərdir.

Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 401 826 test aparılıb.