
Bakı Apellyasiya Məhkəməsi siyasi fəal Bəxtiyar Hacıyevin barəsində Xətai Rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbirindən verilmiş şikayəti təmin etməyib.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Elçin Sadıqov deyib ki, hökmün qüvvədə saxlanılması qanunsuzdur:
“Bəxtiyar Hacıyev hır dəfə çağırılanda istintaqa gedib. Onun həbsdə qalması üçün hüquqi əsas yoxdur.
Artıq Bəxtiyar Hacıyev bu ədalətsizliyə görə aclıq aksiyasına başladığını dedi”.
Qeyd edək ki, Bəxtiyar Hacıyevin həbsi beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub.
Mətləb
Gununsesi.info