Gözaltı qaralmaları yaradan səbəblər

Göz altındakı qaralmalar həm genetik, həm də hər hansı bir xəstəlik nəticəsində əmələ gələ bilər. Məsələn, konyuktivit nəticəsində, allergik səbəblər və böyrəklə bağlı problemlərdən yarana bilər. Əgər bu halla üzləşibsinizsə, ilk olaraq mütləq göz həkiminə yaxınlaşın. Oftalmoloq göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını bildirəcəksə, növbəti müayinə böyrək olmalıdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Dr.Rəfadar Xəlilov deyib.

HTML tutorial

Həkim bildirib ki, gözaltı qaralmalar geniş yayılmış problemdir və bir çox hallarda daxili xəstəliklər əlaqəlidir.

“Böyrəyin də hər tərəfli müayinəsindən sonra nəticələr normal çıxarsa, dermatoloqa müraciət olunmalıdır”, – deyə həkim qeyd edib.

Gununsesi.info