Kanadadan Google-a qarşı rəqabət iddiası

Kanada Rəqabət Təşkilatı, onlayn reklamda rəqabətə zidd hərəkətlər etdiyi iddiası ilə Google-a qarşı iddia qaldırdığını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rəqabət Təşkilatı Google-un bazardakı üstünlüyünün digər şirkətlərin rəqabət qabiliyyətini zəiflətdiyini iddia edərək, Google-dan həm reklam texnologiyası xidmətlərini satmağı, həm də cərimə ödəməsini tələb edib.

Google-un qlobal reklam üzrə vitse-prezidenti Dan Taylor, Rəqabət Qurumunun “almaq və reklam etmək istəyənlərin bir çox variantına məhəl qoymadığını” ifadə etdi və Google-un bu iddialara qarşı özünü müdafiə etməyi planlaşdırdığını söylədi.

ABŞ Ədliyyə Departamenti 2020-ci ildə axtarış və axtarış reklamlarını monopoliya altına aldığı üçün Google-a qarşı antiinhisar iddiası qaldırıb.

ABŞ-da federal hakim Amit Mehta avqust ayında internet texnologiyaları sahəsində mühüm qərar çıxararaq, Google-un internet axtarışı və axtarış reklamında “qanunsuz monopoliya” yaratdığına qərar verib.

Orxan Saffari

Gununsesi.info