Hindistanda məşəlin anım tədbirində fəlakət: - 30 yaralı var

Hindistanda anım tədbiri zamanı məşəllərin ətrafa yayılması nəticəsində ən azı 30 nəfər xəsarət alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi və xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, tədbir 2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Khandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilib.

Orxan Saffari

Gununsesi.info