Kanadada Castin Tryudonun rəhbərliyi ilə formalaşan yeni liberal hökumətin tərkibində 18 kişi, 18 qadın daxil olmaqla, 36 nazir yer alıb.
Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, onlar çərşənbə günü Kanadaya və onun başçısı, Böyük Britaniyanın kraliçası II Yelizavetaya sədaqət andı içiblər.
Andiçmə mərasimindən sonra Castin Tryudo yeni hökumətin hədəfləri barədə danışıb: “Həyatı daha əlverişli etmək, icmalarımızı təhlükədən qorumaq, iqlim dəyişikliyinə qarşı mübarizə bizim prioritetlərimizdir. Bizi qabaqda böyük işlər gözləyir”.
Baş nazir öz kabinetini gender bərabərliyi əsasında formalaşdırıb: hökumətin yarısını qadınlar təşkil edir.
COMMENTS