“Ölkə Prezidenti İlham Əliyevin göstəriş və sərəncamından sonra Azərbaycanda sosial mənzillərin tikintisinə başlanıldı. Bir neçə ildir ki, sosial mənzillər Bakı şəhərində tikilir. 2017-ci ildən etbarən Gəncə şəhərində də sosial mənzillərin tikilməsi üçün yerlər ayrıldı”.
Gununsesi.org xəbər verir ki, bunu bu gün Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı millət vəkili Naqif Həmzəyev bildirib.
“Bu günə qədər Gəncə şəhərində sosial mənzillərin tikintisinin həyata keçirilməyib və Gəncə şəhərində sosial mənzillərin tikilməsinin Gəncə və ətraf bölgələrdə yaşayan gənc ailələrin sosial evlərlə təminatı məsələsinə müsbət təsir göstərəcək. Belə olduğu təqdirdə gənc ailələr Bakı şəhərinə üz tutmazlar”.
Naqif Həmzəyev Sovetlər dövründə tikilən, bu günə qədər təmir edilməyən Səhiyyə Nazirliyinin balansında olan Gəncə Körpələr evinə də vəsaitin ayrılmasını gündəmə gətirib
“Burada 3 yaşına qədər valideyn himayəsindən kənarda qalan uşaqlar saxlanılır. 3 yaşından sonra onlar digər müəssisələrə göndərilir. Bu yaxınlarda Gəncə Körpələr evini yenidən ziyarət etdim. Doğrusu orada vəziyyət o qədər ürəkaçan deyil, təminat da zəifdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti, qayğısı və dəstəyi ilə bu kateqoriyadan olan müəssisələr təmir edilir. Gəncə şəhər Körpələr Evi diqqətdən kənarda qalıb. 2020-ci ildə bu müəssisə nəzarətə götürülərsə, bina təmir edilərsə bizim də ürəyimiz rahat olar”-deyə millət vəkili bildirib.
Gununsesi.org
COMMENTS