Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.
Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, uzun müddətdir ürək yetməzliyindən əziyyət çəkən keçmiş rəis bu gün İstanbulda 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.
Xatırladaq ki, Yaşar Büyükanıt 2006-2008-ci illərdə Baş Qərargah rəisi olub.
COMMENTS