Merkeldən Türkiyəyə maddi yardım siqnalı: “Mən hazıram”

Merkeldən Türkiyəyə maddi yardım siqnalı: “Mən hazıram”

Almaniya kansleri Angela Merkel   3.5 milyondan artıq qaçqına sığınacaq vermiş Türkiyəyə yeni maddi yardım edə biləcəklərinə işarə edib.

Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, Xorvatiyanın baş naziri  Andrey Plenkoviç ilə Zaqrebdə baş tutan mətbuat konfransnda danışan Merkel  suriyalı qaçqınlara sığınacaq verən Türkiyəyə bir daha maddi yardım etmək gərəkdiyini açıqlayıb.

Görüşdə kansler Avropa Birliyi sərhədlərinin qorunması çərçivəsində  Türkiyə ilə AB arasında imzalanan qaçqın razılaşmasını da nəzərə aldıqlarını bildirib.

Xatırladaq ki, 2016-cı ildə imzalanan razılaşmaya görə, Türkiyəyə qaçqınlar üçün 6 milyard avroluq yardım təminatı verilmişdi.  Bu məbləğin 5 milyard 600 milyonu artıq verilib.

Gununsesi.org

COMMENTS