Berlində bıçaqla hücum nəticəsində həyatını itirmiş Almaniyanın keçmiş prezident Rixard fon Vaytszekkerin oğlunun intiqam səbəbindən öldürüldüyü məlum olub.
Gununsesi.org Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Almaniya mediası yazır.
Cinayətkar keçmiş prezidentin idarəçisi olduğu illərdə “Boehringer Ingelheim” şirkətini Vyetnam müharibəsində öldürücü kimyəvi maddələr işlətməkdə günahlandırır.
Ailədən intiqam almaq istəyən şəxsin keçmiş prezident 2015-ci ildə öldüyü üçün oğlu Friz Vaytszekkeri hədəf seçdiyi bildirilir.
Cinayətkar psixatriya klinikasında yerləşdirilib, araşdırma davam etdirilir.
Xatırladaq ki, Rixard fon Vaytszekker 1984-1994-cü illərdə Almaniyanın altıncı prezidenti olub. Qərbi və Şərqi Almaniyanın birləşməsi onun dövründə baş tutduğu üçün “Birləşmənin prezidenti” olaraq da anılır.
COMMENTS