Britaniyalı teleaparıcı Qay Martin traktorla yüksək sürət yığaraq dünya rekorduna imza atıb. 1000 at gücündəki “JCB Fastrac 8000” traktoru ən sürətli olduğunu rəsmləşdirərək Ginnesin rekordlar kitabına düşüb.
Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, Martin rekordunu Elvinqtondakı Kral HHQ-nin eniş-uçuş zolağında həyata keçirib.
“JCB Fastrac 8000” 217,57 km/s orta hesablı sürət göstərib, traktorun maksimal sürəti isə 247,35 km/s olub. Ginnesin rekordlar kitabının nümayəndələri rekordu qeydə alıblar.
“JCB Fastrac 8000” 7,2 litrlik dizel mühərriki ilə təchiz olunub. Rekord üçün traktora xüsusi olaraq 6 pilləli ZF sürət qutusu quraşdırılıb. Bundan əlavə traktor daha yüngül aerodinamik kabinaya malikdir.
COMMENTS