Zelenski Lukaşenkoya: “Mən ona təşəkkür etdim, ancaq…”

Zelenski Lukaşenkoya: “Mən ona təşəkkür etdim, ancaq…”

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna sərhədlərini müdafiə və mühafizə etməklə bağlı təklifini qəbul etməyib.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, Zelenski Lukaşenkonun ona sərhəddə hərbi kontingenti artırmağı təklif etdiyini qeyd edib.

Prezidentin sözlərinə görə, onun və ölkəsinin Donbasdakı Rusiya sərhədində nəzarəti bərpa etmək üçün Belarus və ya digər ölkənin köməyinə ehtiyacı yoxdur.

“Mən ona təşəkkür etdim, ancaq düşünürəm ki, bizim öz sərhədçilərimiz yetərlidir”, – Zelenski bildirib.

 

Gununsesi.org

COMMENTS