
Rusiya müxalifətinin lideri Aleksey Navalnıya cinayət işi açılıb.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Rusiya vətəndaşlarının hüquq və azadlıqlarını pozan təşkilat yaratmaqda təqsirləndirilir.
Bu maddə ilə siyasətçini əlavə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri kimi insanları etiraz aksiyalarına səsləyirdi.